EUR 2.0087 USD 1.7001 RUB 0.0296

Kinoteatr

"Nar bağı" Oskarın siyahısında

  • 1059 dəfə
  • Tarix 09 Oktyabr 2017 / 11:15

“Nar bağı” Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası («Oskar» mükafatı) uğrunda mübarizə aparacaq filmlərin uzun siyahısına düşüb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, uzun siyahıda 92 ölkədən 92 film var. Bu siyahıda Suriya, Mozambik, Seneqal, Laos Handuras, Haiti kimi ölkələr ilk dəfə iştirak edir.

 

Nominantların siyahısı 23 yanvar 2018-ci ildə elan olunacaq.

 

Qeyd edək ki, filmin dünya premyerası Karlovy Vary BFF-ın “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Film, həmçinin 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

 

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

 

SİZİN REKLAM BURADA