EUR 2.0087 USD 1.7001 RUB 0.0296

Tarix

Dünyanı idarə edən beş ailə - SİYAHI

  • 2676 dəfə
  • Tarix 09 Oktyabr 2017 / 12:30

 

Deyilənə görə harada yeni müharibə ocağının alovlanacağına, harada demokratiya olub, harada xaosun hökm sürəcəyinə, kimin prezident seçilib-seçilməyəcəyinə, bu adamlar qərar verirlər. Çünki pulları o qədərdir, hələ bir neçə əsr də ailələrinə bəs edər. Təbii ki, əgər bizi gələcəkdə hər hansı bir sürpriz gözləməsə.

 

Beləliklə dünyanı idarə edən beş ailə ilə tanış olun.

 

Kulis.az siyahını təqdim edir.

 

 

Rotşildlər

 

Qeyri-rəsmi məlumatlara görə dünyanın ən varlı sülaləsi Rotşildlər ailəsidir. Onların hazırkı kapitalı 3.5 trilyon dollar təşkil edir. Ancaq hər şey olduqca sadə qaydada başlamışdı, əvvəldə onlar bu qədər varlı deyildilər. Yəhudi emiqrantın oğlu Mayer Amşel Rotşild müxtəlif alman knyazlıqlarının sikkələrini dəyişmək məqsədi ilə 1762-ci ildə balaca bir dükan açır. Dükanın fəaliyyət sahəsini araşdıranda belə çıxır ki, o, dünyanın ilk bankı imiş. Mayerin o vaxtı hələ 18 yaşı vardı.

 

 

İyirmi yaşında o, alman hersoqlarının şəxs bankiri olur. Yüz il sonra isə Rotşildlər ailəsi Avropanın bir çox ölkələrinə kredit verirdilər. Bununla belə onlar kifayət qədər sadə yaşayır və kübar cəmiyyətlərdə az-az görünürdülər. Həmin anonimlik indi də qorunur və nəslin gerbində həkk olunmuş devizdə vurğulanır: “Sadəlik. Birlik. Əzmkarlıq.”

 

 

Onların uğurunun bir sirri də qohumluq əlaqəli qurarkən olduqca ölçülü-biçili davranmalarıdır. Rotşildlərin ailəsində sadə ailədən çıxmış gəlinlərə yer yoxdur. Ənənəyə görə ya çox da uzaq olmayan qohumların qızları ilə, ya da cehizi çox olan qızlarla evlənirlər. Nümunə üçün birini deyək, bir müddət əvvəl Ceyms Rotşild çox böyük bir kapitalın varisi, olduqca varlı Niki Hiltonla evləndi.

 

 

 

Rokfellerlər

 

Siyahıda ikinci yeri Rokfellerlər tutur. Onların sərmayəsi yuvarlaq desək 2.5 trilyon dollardır. Rokfellerlərin sərvətinin tarixi elə də qədim deyil. Nəslin banisi Con Rokfeller 16 yaşından pul qazanmağa başlayıb. O, gələcəkdə dünyanı neftin idarə edəcəyini dərk edənə qədər ət, taxıl, ot ticarəti ilə məşğul idi. Rokfeller 1870-ci ildə Standart Oil kompaniyasının əsasını qoyur. Bu kompaniya bir neçə on il sonra dünyada “qara qızıl”ın qiymətini diqtə edəcəkdi.

 

 

Oğul Con Rokfeller daha da irəli gedir. Hökumətlə əlaqələri olan Rokfeller özəl ABŞ banklarını birləşdirən Federal Rezerv Sisteminin yaradılmasına lobbiçilik edir. Nə ABŞ prezidentinə, nə də Konqresə tabe olan bu təşkilat hələ də mövcuddur. Hazırda bütün dünya ölkələri pul məsələlərində ondan asılıdırlar, onun dollar barədə verdiyi qərarlar ölkə iqtisadiyyatlarına ciddi təsir edir.

 

 

Ailənin əsasını qoyan Con Rokfellerin nəvəsi Nelson Rokfeller ötən əsrin yetmişinci illərində ABŞ vitse-prezidenti olaraq ailənin mövqeyini dünya siyasətində daha da möhkəmlətdi.

 

 

Kiçik nəvə Devid isə uğurlu biznesmen, maliyyəçi və diplomat kimi şöhrət qazandı. O, həm də avtobioqrafiyasını yazan ilk Rokfeller kimi tarixə düşdü. Kitab “Xatirələr” adı ilə çap olunub.

 

 

 

Baruxlar

 

Deyəsən Baruxlar bizim siyahının ən müəmmalı və sirli ailəsidir. Ailənin banisi Bernard Barux 1965-ci ildə öldüyü zaman onların sərvəti 1 trilyon dollar təşkil edirdi.

 

 

Hələ gənclik illərində özünün broker kompaniyasını yaradan Bernard 33 yaşında milyonerə çevrilir. Onun əlində olduqca böyük siyasi hakimiyyət cəmlənmişdi. O, beş Amerika prezidentinin məsləhətçisi olmuşdu. Ən yaxın dostu isə kim olsa yaxşıdır, Uinston Çerçill. Bernard dünya siyasətinin əsl boz kardinalı idi.

 

 

Bernard Barux Nyu-Yorkun mərkəzi parkında gəzməyi və bu zaman şəhərin adi insanları ilə ölkədə baş verənlər barədə söhbət etməyi xoşlayırdı. Bununla belə, dünyanın ən varlı insanlarından biri olduğu halda mühafizəçidən istifadə etmirdi.

 

 

Pul səs-küy sevmir. Bernard Baruxun nəslinin adı mətbuatda demək olar ki, hallanmır, onlar özlərini sirli aparmağı bacarırlar. Bernard Baruxun Anna Qriffin Baruxla evli olduğu məlumdur.

 

 

Səudlar

 

Müasir dövrümüzün ən varlı ailələrindən olan Səudlar 1938-ci ildə ölkədə neft aşkar olunandan sonra seçilməyə başladılar. Buna qədər gənc Səudiyyə Ərəbistanı dövləti yoxsulluq içində yaşayırdı. 25 min nəfərdən ibarət olan kral ailəsinin ümumi sərvətini hesablamaq mümkünsüzdür. Ancaq belə bir məşhur faktı deyə bilərik: Hazırkı kral Salman ibn Əbdül-Əziz Əl Səudun tacqoyma mərasimində əhaliyə 30 milyard dollar paylanıldı. 

 

 

Demokratik ölkələr təkcə ölkədə tətbiq olunan sərt əxlaq qaydalarına deyil, kral ailəsinin üzvlərinin şıltaqlıqlarına da dözməyə məcburdurlar. Misal üçün, 2004-cü ildə şahzadə Naif ibn Əbdül Əl Şelaan Kolumbiyadan Fransaya 2 ton kokain gətirməyə çalışmışdı. Kral diplomatik əlaqələri kəsəcəyi ilə bağlı Fransanı hədələyəndən sonra qohumunu xilas edə bilmişdi.

 

 

Ancaq 19 yaşlı Səudiyyə şahzadəsi Mişaal bint Fəhd əl Sədun bəxti gətirmədi. Krallığın Livandakı səfirinin oğlu ilə əlaqələrinə görə qadın zinada günahlandırılaraq güllələndi.

 

 

Vindzorlar

 

Vindzorlar xanədanının əsası 1910-cu ildə bir almanın yarısı kimi Rus İmperiyasının sonuncu imperatoru, xalası oğlu II Nikolaya bənzəyən kral V Georq tərəfindən qoyulub.

 

 

Kral V Georqun nəvəsi II Yelizaveta Britaniya tarixinin hakimiyyətdə ən çox qalan monarxıdır. O, artıq 65 ildən çoxdur ki, taxtdadır. “Qardin” jurnalı onun gəlirlərini 4.5 milyard funt sterlinq həcmində dəyərləndirir. Bu hələ onun şəxsi sərmayəsidir.

 

 

Vəliəhdlik qaydalarına əsasən Vindzorlar xanədanı Yelizavetada bitməli idi. Çünki onun uşaqları ata xəttinin davamçısı, daha doğrusu kraliçanın həyat yoldaşının nəslinin davamçısı sayılırlar. Ancaq kraliça nəslinin davamçılarını da Vindzorlardan elan edən qanunu imzalayaraq mübahisələrə son qoydu.

 

 

Baxmayaraq ki, monarxiya çoxdan dəbdən düşüb, Böyük Britaniyanın əhalisinin 74 faizi hələ də onu dəstəkləyir. Daha bir məzəli fakt: turist şirkətlərinin məlumatlarına görə hər il krallığın görməli yerlərinə təşkil edilən gəzintilər, səfərlər və kral ailəsi ilə bağlı suvenirlər ölkə xəzinəsinə 500 milyon funt sterlinqdən çox gəlir gətirir. /brainberries.co/

 

 

SİZİN REKLAM BURADA