EUR USD RUB

Sənət

Teatrımız beynəlxalq festivaldan qayıdıb

  • 241 dəfə
  • Tarix 11 Oktyabr 2017 / 11:33

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi  Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib.

 

Teatrdan kulis.az-a verilən xəbərə görə, oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda  ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım”  tamaşası ilə təmsil olunub. Kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb.

 

“Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Tıq-tıq” tamaşasının quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev,  Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edir. 

SİZİN REKLAM BURADA