EUR USD RUB

Media

Məmməd Araz Poeziya Günü start götürdü - FOTOLAR

  • 620 dəfə
  • Tarix 12 Oktyabr 2017 / 17:05

 

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəranda xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş Poeziya Günü keçirilib.

 

İştirakçılar Mərkəzin foyesində şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

 

 

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və millət vəkili Aqil Abbas xalq şairinin həyat və yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirib, onun poeziyasının həmişəyaşar olduğunu diqqətə çatdırıblar.

 

"Məmməd Araz Poeziya Günü” layihəsinin ideya müəllifi Qardaşxan Əzizxanlı şairin yaradıcılığında vətənpərvərlik mövzusunda məruzə ilə çıxış edib. Q.Əzizxanlı bildirib ki, Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları şairin poeziyasının əsas mövzularını təşkil edir.

 

 

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlara diplomlar, xatirə hədiyyələri təqdim edilib.

 

Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri və rayonun ümumtəhsil məktəblərinin şagirdləri Məmməd Arazın şeirlərini, Lənkəran şəhər 1 nömrəli musiqi məktəbinin müəllimləri isə şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

 

 

Xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş poeziya gecələri Astarada və Bakıda davam etdiriləcək./adalet.az/

 

 

 

SİZİN REKLAM BURADA