EUR 2.0087 USD 1.7001 RUB 0.0296

Kinoteatr

Rus Dram Teatrında premyera olacaq

  • 125 dəfə
  • Tarix 13 Oktyabr 2017 / 10:06

Oktyabrın 20-21-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında N.Nekrasovun eyniadlı əsəri əsasında hazırlanan “Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq.

 

Yeni tamaşa Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Rusiya Dövlət Teatr Agentliyinin və Azərbaycan Dövlət Rus Dram Teatrının beynəlxalq layihəsidir. Səhnə əsərinin quruluşçu rejissoru Vladimir Danay (Moskva), quruluşçu rəssamı Olqa Kuznetsova (Moskva), bəstəkarı Eldar Babayevdir.

 

Yeni tamaşa teatrın səhnəsində növbəti yaradıcılıq eksperimentidir. Quruluşçu rejissorun müəyyən etdiyi kimi, “17 pərdəli qarət” janrında olan tamaşanın müəllifləri həm N.Nekrasovun sözləri, həm bir-birini əvəz edən pərdələr, həm də bədii yaradıcılıq məkanı, işıq, səs və personajlarla eksperiment edirlər.

 

Tamaşada teatrın aktyorları Yuri Omelçenko, Fəridə Nesterenko, Murad İsmayılov, Maqsud Məmmədov, Aleksey Saprıkin, Fərhad Bəhramov, Lyudmila Saprıkina, Natiq Hüseynov və İlkin Mehdiyev iştirak edəcəklər. /azertag.az/

 

SİZİN REKLAM BURADA