EUR 1.9745 USD 1.7 RUB 0.0267

Ədəbiyyat

Vaqif Nəsib: “O vaxtlar Mövlud Süleymanlının təmiz vaxtları idi...”

  • 1245 dəfə
  • Tarix 09 Dekabr 2017 / 16:30

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Vaqif Nəsibin “Omaroğlunun qayıtması” haqda danışdıqlarını təqdim edir.

 

- Mənim nəsrə ilk meyl elədiyim dövrlər idi. O zaman tələbəlik illərindən povest yazmışdım. Bu əslində şair prozasıydı. O vaxt Akif vardı, Ulduz jurnalının redaktoru. Mənə dedi ki, bu şeir nəsridir, sən nəsrə çıxmalısan. Onunla razılaşdım və söz verdim ki, nəsrə çıxacam. Hə, “Omaroğlunun qayıtması” da beləcə ortaya çıxdı. Nəsrə çıxmağım “Cəfəroğlunun qayıtması” ilə başladı. İlkin adı belə idi, bu cür çap olunmuşdu. Amma adının Omaroğlu, ya da Cəfəroğlu olmasının elə də fərqi yoxdur. Bu mənim ilk həqiqi nəsr əsərim idi. O vaxtlar Mövlud Süleymanlının təmiz vaxtları idi, hekayəni oxuyub mənə ürəkdən dedi ki, bax belə əsərlər gözləyirəm həmişə, sən bunu bacarmısan. “Omaroğlunun qayıtması”na mənim ilk uğurum, ilk addımım demək olar.

 

SİZİN REKLAM BURADA