EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Kim Ki Duk seks səhnəsinə görə cəzalandırılır

  • 945 dəfə
  • Tarix 08 Dekabr 2017 / 10:47

Cənubikoreyali rejissor Kim Ki Duk Seul prokurorluğunun qərarına görə 4,5 min dollar cərimə olunacaq.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu cəzanı ona aktrisanı seks səhnələrində iştirak etməyə məcbur etdiyinə görə təyin ediblər.

 

Hadisə 2013-cü ildə “Mebius” filminin çəkilişləri zamanı baş verib. Adı açıqlanmayan aktrisa iddia edir ki, rejissor çəkiliş zamanı ona sillə vurub və əvvəldənb ssenaridə olmayan zorakı seks səhnəsində iştirak etməyə məcbur edib.

 

Bundan sonra aktrisa filmə çəkilməkdən imtina edib. Kim isə astrisanı vuduğunu təkzib edib. Onun sözlərinə görə sillə ərin və arvadın hiddətli dalaşması zamanı vurulub.

 

Kim kKi Duk “Mebius”dan başqa “Gərilmiş yay”, “Yaz, yay, payız, qış... və yenidən yaz”, “Boş ev” kimi  filmlərin müəllifidir. 

SİZİN REKLAM BURADA