EUR USD RUB

Media

Jurnalist-fotoqraf Samir Əliyev vəfat edib

  • 760 dəfə
  • Tarix 08 Dekabr 2017 / 13:44

 

Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

 

“Exo” qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.

 

 

 

SİZİN REKLAM BURADA