EUR USD RUB

Media

Nazir: “Tarixi əşyalara yeni baxış formalaşmalıdır”

  • 221 dəfə
  • Tarix 11 Dekabr 2017 / 14:14

 

“Təəssüflər olsun ki, muzeylərdə tarixi əşyalara münasibətdə müasir texnologiyaların tətbiqindən danışa bilmərik”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 illiyi münasibəti ilə mərkəz əməkdaşlarının təltif edilməsi mərasimində deyib. Nazir qeyd edib ki, dövlət hər bir muzey işçisinin, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət və dəyər verir.

 

“Muzey əməkdaşlarının işi bizim üçün çox önəmlidir. Çünki onlar bizim tariximizi qoruyur, onu bərpa edirlər. Hesab edirəm ki, bərpa işində yeni mərhələ başlanmalı, hər bir böyük muzey özünün bərpa emalatxanasını mütləq təsis etməlidir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları həmin emalatxanalarla sıx əməkdaşlıq etməli, Azərbaycanda bərpaçı məktəbi mütləq formalaşmalı, möhkəm elmi əsasların bünövrəsi qoyulmalıdır. Bərpaçı işinə dünyada böyük tələbat var. Yeni texnologiyaları tətbiq etməklə tarixi əşyalara yeni baxış formalaşmalıdır. Muzeylər bərpaçı işində müasir texnologiyaları tətbiq etməli, görülən işlər rəqəmsal formatda nümayiş olunmalıdır” – deyə nazir əlavə edib.

 

 

SİZİN REKLAM BURADA