EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Media

Elçin Hüseynbəylinin yeni romanı təqdim olundu

  • 316 dəfə
  • Tarix 13 Dekabr 2017 / 15:50

Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimat və imza günü keçirilib.

 

AYB-in və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutan tədbirdə şair Səlim Babullaoğlu, professor Vaqif Yusifli və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsər Qarabağ tədricən kimə və nəyə görə itirildi ideyasına söykənir və XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. Qeyd edilib ki, yazıçının bir neçə pyesi teatrlarda tamaşaya qoyulub və bir çox əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə nəşr edilib.

 

Diqqətə çatdırılıb ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.

 

 

SİZİN REKLAM BURADA