EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Salma Hayek: "O, mənə də təcavüz etdi" - QALMAQAL

  • 1224 dəfə
  • Tarix 14 Dekabr 2017 / 10:30

Aktrisa Salma Hayek də son günlər adı mətbuat səhifələrindən düşməyən prodüser Harvi Vaynşteynin təcavüzkar hərəkətlərinin qurbanına çevrildiyini bildirib.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu, “Frida” filminin çəkilişləri zamanı baş verib.

 

“Harvi Vaynşteyn alovlu kinoman, risk etməyi bacaran, kinoda istedadları üzə çıxaran adam, övladlarını sevən ata və bütün bunlarla birlikdə bədheybət varlıqdır. Uzun illər o mənim üçün bədheybət varlıq olub“ - Hayek öz məqaləsində belə yazıb.

 

Aktrisa “Frida” (2002) filminə çəkilərkən Vaynşteynin Miramax kompaniyası ilə əməkdaşlıq edib.

 

Hayekin sözlərinə görə o, dəfələrlə prodüserin seksual təklifləri ilə üzləşsə də “yox” deyib.

 

Nəticədə “Frida” ilə bağlı problemlər yaşanır, ancaq Edvard Norton, Antonio Banderas və Eşli Cadd kimi dostlarının sayəsində münasibətlər bərpa olunur.

 

Hayek daha sonra əlavə edib ki, prodüserin tələbi ilə “Frida”da açıq-saçıq səhnəyə çəkilməli olub və çəkiliş günü iş həyatında birinci və axırıncı dəfə əsəb gərginliyi yaşayıb.

 

Nəticədə “Frida” iki “Oskar” qazanıb.

 

SİZİN REKLAM BURADA