EUR 1.9745 USD 1.7 RUB 0.0267

Kinoteatr

“Əli və Nino” filmi Xorvatiyada nümayiş olundu

  • 596 dəfə
  • Tarix 14 Dekabr 2017 / 12:32

 

13 dekabr 2017-ci il tarixində Xorvatiyanın Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.

 

Kulis.azın verdiyi xəbərə görə, tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Xorvatiya Respublikadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın işini yüksək qiymətləndirmiş və bugünkü hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etmişdir.

 

 

Filmin süjet xəttindən bəhs edən səfir F.Qurbanov, coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd etmiş, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırmışdır.

 

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə etmiş, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulamışdır.

 

Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına „Əli və Nino“ əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilmişdir.

 

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

 

 

SİZİN REKLAM BURADA