EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Media

Rus jurnalı azərbaycanlı aktyordan yazdı

  • 406 dəfə
  • Tarix 14 Dekabr 2017 / 15:25

 

“Peterburq teatr jurnalı”nda Azərbaycanın əməkdar artisti Şövqi Hüseynov haqqında məqalə çap olunub.

 

Gənc Tamaşaçılar Teatrından kulisə verilən xəbərə görə, Şövqi Hüseynov 2017-ci il oktyabr ayının 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülmüşdü.

 

Bu günlərdə "Peterburq teatr jurnalı” tamaşa haqqında məqalə ilə çıxış etmişdir. Vladislav Kuprinin “Peşəkarlıq bayramı” adlı məqaləsində aktyorun nitqi, səhnə plastikası, artistizmi, mətnlə işləmək bacarığı yüksək qiymətləndirilib. Məqalədə tamaşanın özəllikləri haqqında da fikirlər səslənir. Vurğulanır ki, aktyorun monotamaşadakı dialoqu heyrətedici və parlaq çıxış kimi yadda qaldı. O, möhtəşəm enerjisi ilə zalı ələ ala bildi.

 

Məqalələrlə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz :

 

http://ptj.spb.ru/blog/ochen-professionalnyj- prazdnik/

https://vk.com/event146318162

 

 

SİZİN REKLAM BURADA