EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Sənət

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda

  • 156 dəfə
  • Tarix 08 Yanvar 2018 / 10:10

 

Fevralın 15-16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

 

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

 

Tamaşanın iştirakçıları barədə əlavə məlumat veriləcək.

 

AzerTac

 

 

SİZİN REKLAM BURADA