EUR 2.0827 USD 1.7001 RUB 0.0301

Media

Türk rejissor "Qızıl qlobus" aldı

  • 306 dəfə
  • Tarix 08 Yanvar 2018 / 10:29

Yanvarın 8-də Los Ancelesdə 75-ci “Qızıl qlobus” kino mükafatının təqdimetmə mətrasimi keçirilib.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Ən yaxşı dram filmi” nomninasiyasında “Qızıl qlobus”a rejissor Martin Makdonaxın “Missuridə, Ebbinq sərhəddində üç bilbord” filmi layiq görülüb.

 

Film tənha ananın qızı Ancelanın ölümünü açmaq istəməyən şəhər polisləri ilə mübarizəsindən bəhs edir. Xatırladaq ki, film daha üç nominasiyada mükafatlandırılıb. Belə ki,  “Ən yaxşı ssenari”də ssenari müəllifi Martin Makdonax, “Ən yaxşı ikinci plan aktyoru” kateqoriyasında Sem Rekuel, “Dramatik filmdə ən yaxşı aktrisa” nominasiyasında Fernsis Makdormand  “Qızıl qlobus”a layiq görülüblər..

 

Bu günkü təqdimetmə mərasimində “Dramatik filmdə ən yaxşı aktyor” nominasiyasında “Qızıl qlobus”  “Qaranlıq zamanlar” filmində Uinston Çörçilli oynayan Harri Oldamana verilib.

 

“Komediya və müzikl” kateqoriyasında “Ledi Börd” filmi mükafatlandırılıb.

 

“Ən yaxşı mini serilal” kimi “Böyük kiçik yalanlar” serialı, “Mini serialda ən yaxşı aktrisa” olaraq isə eyni serialda oynayan Nikol Kidman mükafatlandırılıb. Serialın digər qalibləri isə “Mini serialda ən  yaxşı ikinci plan aktrisası” nominasiyasında Lora Dern, “Ən yaxşı ikinci plan aktyoru” isə Aleksandr Skasqard seçiliblər.

 

“Qulluqçunun hekayəti” “ən yaxşı dramatik serial” hesab olunub. Ən yaxşı komediya serialı” nominasiyasında isə “Heyrətamiz missis Mayzel” mükafatlandırılıb.

 

“Xarici dildə ən yaxşı film” nominasiyasında isə türk mənşəli alman rejissoru Fateh Akının “Həddə” filmi qalib olub. Xatırladaq ki, bu nominasiyada Andrey Zvyaqintsevin “Sevgisizlik” filmi də yarışırdı.

 

 

SİZİN REKLAM BURADA