EUR 2.0827 USD 1.7001 RUB 0.0301

Media

Yeni baletin premyerası olacaq

  • 199 dəfə
  • Tarix 09 Yanvar 2018 / 17:48
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti ilin ilk premyerasına hazırlaşır.
 
Kulis.az-ın verdiyi xəbərə görə, Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən "Qoyya” birpərdəli baleti fevralın 3-də təqdim olunacaq.
 
Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi çərçivəsində nümayiş olunacaq səhnə əsərində rolları Xalq Artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova canlandıracaq.
 
Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar Artisti, Sankt-Peterburq "Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.
 
Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
 
Operanı Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

 

SİZİN REKLAM BURADA