25.04.2018
17:30 Pikassonu Pikasso edən 10 əsər – SİYAHI24.04.2018
21:33 Azərbaycanın əməkdar artisti vəfat edib23.04.2018
21:00 Məleykə Əsədova: "Onu kişilərin kişisi hesab edirəm" - MÜSAHİBƏ22.04.2018
16:40 Çeçenlərdən kitab yazan şotland tələbə - Alpay Azərin hekayəsi21.04.2018
15:54 Qardaşının ölümünü yuxuda görən ədəbiyyat “müəllim”i20.04.2018
21:27 Çingiz Hüseynov: “O cadugər mənəm” - MÜSAHİBƏ19.04.2018
21:03 İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri18.04.2018
21:00 Tələbəsindən uşağı olan dahi - 10 MARAQLI FAKTMilli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi «Azərbaycan mühacirət ədəbiyyat kitabxanası» seriyasından növbəti kitab − Ceyhun Hacıbəylinin «Seçilmiş əsərləri» çapdan çıxıb.
Kulis.azın verdiyi xəbərə görə, kitab ölkə başçısının «Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında» 19 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq «Elm» nəşriyyatında işıq üzü görüb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr olunan və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.
Kitabın məsul redaktoru filologiya üzrə elmləri doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
«Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» zəngin mühacirət irsimizin təqdimi, təbliği baxımından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir. Bu istiqmətdə işlər davam etdirilir.