EUR USD RUB

Media

Türk şairinin kitabı təqdim olundu

  • 213 dəfə
  • Tarix 12 Yanvar 2018 / 16:24

Türkiyəli şair Sərvət Gürcanın “Sən eşqsən” kitabının təqdimatı keçirilib

 

Kulis.az-ın verdiyi xəbərə görə, tanınmış türk şairi Sərvət Gürcanın AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi” Ulu Çinar”  jurnalı tərəfindən nəşr olunan “Sən eşqsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

 Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğində xüsusi rolu olan Sərvət Gürcanın yaradıcılığından bəhs edib, tədbirə qatılmaq üçün Bakıya gələn tanınmış Türkiyə siyasətçisi, 1983-2003-cü illərdə üç hökumətdə nazir işləmiş İlhan Aküzümü salamlayıb, onun Azərbaycan kökənli bir siyasət nəhəngi olduğunu bildirib.

 

Sərvət Gürcanla uzun illərin arkadaşı olduğunu söyləyən İlhan Aküzüm  “Azərbaycan Prezidenti İlham Əliyevin ona təqdim etdiyi “Dostluq” ordenini yüksək qiymətləndirib: “Bu orden övladlarım üçün qoyacağım ən böyük mirasdır”

 

Tədbirdə iştirak edən “Ulu Cinar” jurnalının baş redaktoru Elxan Zal, millət vəkili Fərəc Quliyev,  dramaturq dr. Firuz Mustafa, yazıçı-dramaturq Elçin Hüseynbəyli, türkoloq dr. Minəxanım Təkləli, dr. Asif Rüstəmli və başqaları öz ürək sözlərini dedilər və Türkiyə ədəbiyyatının Azərbaycanda təbliğinin davamlı olacağına inandıqlarını dilə gətiriblər.

 

Sonda Sərvət Gürcan kitabının nəşr edənlərə və tədbiri düzənləyənələrə öz minnətdarlığını bildirib.

 

SİZİN REKLAM BURADA