EUR USD RUB

Media

Tarantino Di Kaprionu baş rola çəkir

  • 366 dəfə
  • Tarix 15 Yanvar 2018 / 10:45

 

 

Hollivud ulduzu Leonardo di Kaprio kinorejissor Kventin Tarantinonun yeni filminə çəkiləcək.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, di Kaprio filmdə baş rolu oynayacaq.

 

Tarantinonun yeni filmi silsilə qətllər törədən Çarlz Menson haqqındadır.

 

Mensonun qurbanlarından biri olan Şeron Teyti (rejissor Roman Polanskinin arvadı) aktrisa Marqo Robbi oynayacaq. Filmin premyerası 2019-cu ilin avqustuna nəzərdə tutulub.

 

Xatırladaq ki, Çarlz Menson öz kommunasının üzvləri ilə birlikdə Polanskinin arvadı Şeron Teyti  və Teytin dörd tanışını qətlə yetirib. Bundan başqa Menson daha iki qətldə təqsirli bilinib. Onu ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıblar. Menson 2017-ci ilin noyabrında  83 yaşında vəfat edib.

 

 

SİZİN REKLAM BURADA