EUR 1.9906 USD 1.7 RUB 0.0276

Sənət

“Balaca şahzadə” Heydər Əliyev Sarayında

  • 579 dəfə
  • Tarix 16 Yanvar 2018 / 09:49

Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

 

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq süjet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa kömək edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə tamaşaçılara “breakdance”, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

 

Tamaşada iştirak etmək istəyənlər biletləri iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.

 

SİZİN REKLAM BURADA