EUR USD RUB

Media

“Zombie” mahnısının ifaçısı vəfat etdi

  • 437 dəfə
  • Tarix 16 Yanvar 2018 / 16:25

 

İrland rok qrupu “The Cranberries”in vokalisti Dolores O Riordan 46 yaşında vəfat edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə o səsyazma üçün gəldiyi Londonda vəfat edib.

 

Müğənninin ailəsi bu hadisədən böyük şok yaşadıqlarını və heç bir əlavə məlumat vermək istəmədiklərini bildiriblər.

 

Dolores O Riordan 1971-ci ildə İrlandiyada doğulub. 18 yaşı olanda sonradan adı “The Cranberries”ə dəyişdiriləcək “The Cranberry Saw Us”  qrupuna daxil olub. Qrupun ən məşhur mahnılarından biri 1994-cü ildə buraxılan “No Need to Argue” albomunda yer almış “Zombie” hitidir.

 

2003-cü ildə müğənni solo karyeraya başlayır. “Duran Duran” qrupunun eks-meneceri ilə ailəli olub, cütlüyün beş övladı vardı.

 

 

SİZİN REKLAM BURADA