EUR 1.9906 USD 1.7 RUB 0.0276

Ədəbiyyat

Trampı lağa qoyan yazıçı Amerikada mükafat aldı

  • 757 dəfə
  • Tarix 16 Yanvar 2018 / 16:14

 

Populyar romanların dünyadakı bir nömrəli müəllifi kimi tanınan amerikalı yazıçı Stiven Kinq PEN ABŞ-ın bu ilki Ədəbiyyata Xidmət Mükafatına layiq görülüb.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə mükafat “əsərləri ilə rəğbət qazanan yazıçının kütləyə təsiri və insan olmağın özünəməxsus və güclü yollarını anlamağımıza kömək göstərdiyinə görə” verilib.

 

PEN Ədəbiyyata Xidmət Mükafatı yalnız ədəbiyyat sahəsində göstərilən xidmətlərə görə deyil, həm də ifadə azadlığını göstərilən dəstəyə görə verilir.

 

Xatırladaq ki, Stiven Kinq Tvitter hesabında yazdığı statuslarla ABŞ hakimiyyətini tənqid edir, Donald Trampa müxalif fikirlər səsləndirir.  

 

 

SİZİN REKLAM BURADA