EUR 1.9906 USD 1.7 RUB 0.0276

Tarix

İmam Əlinin yandırılmaq əmri verdiyi şiə kim idi? - ARAŞDIRMA

  • 4183 dəfə
  • Tarix 07 Fevral 2018 / 13:52

 

İbn Səba və səbailik

 

Şiəliyini tarixini dərindən araşdıranda bir ad xüsusilə diqqəti çəkir – İbn Səba. Bəzi tarixçilər bu adın üzərindən sükutla keçir, digərləri isə onun rolunu daha da qabardaraq şiəliyin yaranmasında önəmli şəxs hesab edir, digər bir qisim isə tarixdə belə bir adamın yaşamadığını, bu adın uydurma olduğunu söyləyirlər.

 

Abdullah İbn Səbanın yaşayıb-yaşamaması ilə bağlı yaranan fikir müxtəlifliyin kökündü ciddi maraqlar dayanır. Bir tərəf onun varlığını sübut etməklə şiəliyin əsasını İbn Səbanın qoyduğunu duyurmaq istəyir, digər tərəf onun varlığını danmaqla sanki nələrisə “ört-basdır” etmək niyyətindədir.

 

Bununla belə Abdullah İbn Səba adına Əl-Təbəri, İbn Asir, İbn Qasir və başqa tarixçilərin əsərlərində rast gəlmək olar. Bəzi şiə alimlərinin fikrincə isə İbn Səba Seyf İbni Ömər (o, özündən hədis qondaran adam kimi də tarixdə qalıb) tərəfindən qondarılıb.

 

 

Bəs İbn Səba kimdir və onun şiəliklə əlaqəsi nədir?

 

Abdullah İbn Səba əslən Yəməndən olan yəhudidir. Anası qaradərili olduğuna görə ona “qaranın oğlu” deyiblər. Ət-Təbəri və digər islam tarixçilərinin dediklərinə görə İbn Səba sonradan islamı qəbul edib.

 

Lakin onun davranışları göstərir ki, o, özünü müsəlman kimi aparsa da fikirləri İslama zidd olub. Hətta İslamın ilkin vaxtlarında təfriqə salıb. Onun davranışlarına analiz edərək ehtimal etmək olar ki, İbn Səba bu fikirləri məqsədli şəkildə yayıb. Bu fikirlər İslam üçün yeni olsa da yəhudilik və xristianlıqdan gəlmədir. Hətta belə bir təəssürat yaranır ki, İbn Səba qəsdən İslamı qəbul edib ki, dini sarsıtsın, yayılmağa qoymasın.

 

Üçüncü xəlifə Osmanın dövründə İslamı qəbul edən İbn Səba şəhər-şəhər gəzərək deyirmiş: “Necə ki, Musanın Harunu, İsanın, Pyotrı var, Məhəmməd peyğəmbərin də Əlisi var. Allah heç bir peyğəmbərini vəsisiz qoymadı. Əli də Məhəmmədin vəsisi olduğu üçün xəlifə o olmalıdır, Osman yox”.

 

O, Hicaz, Bəsrə, Kufə, Şam, Misir kimi bölgələri gəzərək fikirlərini yayır, Osmanın yerinə İmam Əlinin xəlifə keçməli olduğunu deyirdi.

 

Xəlifə Osmanın ölümündən sonra İbn Səba daha da irəli gedərik İmam Əlini ilahiləşdirməyə başlayır. Onun haqqında rəvayətlər, əfsanələr quraşdırır. O, xristianlıqdakı “üç üqnum” anlayışını əsas götürərək, İmam Əlini Allahın oğlu adlandırır, beləliklə Məhəmməd peyğəmbərdən də üstün tutur.

 

İmam Əli xəlifə olandan sonra Abdullah İbn Səba və onun tərəfdarları Kufədə toplanır və Həzrəti Əlinin Allah kimi öyməyə başlayır. Lakin İmam Əli bu bənzətmələri və İbn Səbanın görüşünü qətiyyən bəyənmir, bu fikirləri eşidəndə qəzəblənir, onu Allaha şərik qoşmaqda ittiham edərək tövbəyə dəvət edir. İbn Səba və tərəfdarları tövbə etməkdən imtina etdikdə isə onları yandırmaq əmri verir. Rəvayətdə bunu eşidən tərəfdarlar deyirlər: “Sən həqiqətən Allahsan. Allahdan başqa kim odla cəzalandıra bilər?”

 

 

İbn Səbanın tərəfdarlarının yandırılması haqqında məlumatlar dəqiq deyil, ancaq onların edam edilməsi fikri də inkar edilmir. Digər mənbələrə görə İmam Əli İbn Səbanın tərəfdarlarının öldürülməsi, özünün isə yandırılması əmrini verir, lakin Abdullah İbn Abbas (Tanınmış səhabə, İslam alimi və fəqihi, Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi) onun yandırılmasına razı olmur. Deyir ki, İbn Səba yandırılacağı təqdirdə tərəfdarları daha da artacaq. Buna görə İmam Əli İbn Səbanı Mədainə sürgün edir.

 

Yandırılmaqdan xilas olan İbn Səba yolundan dönmür, ideyalarını yaymaqda davam edir. İmam Əlinin ölümü xəbərini eşidəndə isə İbn Səba buna inanmadığını deyir. İslamda yayılan fikrə görə Həzrəti İsanın yerinə başqa adam çarmıxa çəkilib, peyğəmbər isə qeyb olub.

 

İbn Səba da İmam Əlinin yerinə başqa adamın öldürüldüyünü, imamın özünün isə qeyb olduğunu, dünyada ədaləti bərpa etmək üçün yenidən zühur edəcəyini söyləyir.

 

İbn Səba öləndən sonra onun tərəfdarları səbailər adlanmağa başlayır. İslama hülul anlayışı səbailik məzhəbindən keçib. Ola bilsin, xristianlıqda olduğu kimi “On iki imamçılıq”, “Üç üqnum anlayışı – (Allah, Məhəmməd, Əli), “qeyb”, “zühur” kimi başqa anlayışlar da İslam və onun məzhəblərinə məhz səbailərdən keçib.

 

 

 

 

 

 

 

 

 

    

SİZİN REKLAM BURADA