EUR 2.0001 USD 1.7 RUB 0.0277

Ədəbiyyat

Facebook haqda qəzəl yazıldı - MƏTN

  • 845 dəfə
  • Tarix 12 Fevral 2018 / 09:57

Kulis.az Xəyyam Rəfilinin “Facebook” haqqında yazdığı qəzəli təqdim edir.

 

Dedim, ey insta gözəl, bağrımı qan eyləmisən.

Dedi, bihudə gedər follov filan eyləmisən.

 

Dedim, bəlkə inboksa zada cavab yazasan,

Dedi, sən vaxtını gör harda ziyan eyləmisən.

 

Dedim, axırda məni feysdə rüsvay edəcəksən.

Dedi, sən sirrimi kometdə bəyan eyləmisən.

 

Dedim, ey gül, səhifəndə dolanmaqdı işim

Dedi, xəstə, nə gözəl yerdə məkan eyləmisən.

 

SİZİN REKLAM BURADA