EUR 2.0001 USD 1.7 RUB 0.0277

Kinoteatr

Ssenari yazarları ilin filmlərini seçdi

  • 453 dəfə
  • Tarix 13 Fevral 2018 / 10:44

ABŞ Ssenari Yazarları Gildiyası WGA AWARDs illik kino mükafatınının laureatlarını elan edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ən yaxşı ssenariyə görə, Cordan Pillin “Kənar ol” horroru mükafatlandırılıb.

 

“Kənar ol” varlı valideynləri olan qaradərili fotoqrafın ağ dərili qızla tanışlığından bəhs edir. Aydın olanda ki, “Yüksək cəmiyyət”in nümayəndələri rasistdir, qonaqlıq sağ qalmaq uğrunda mübarizəyə çevrilir.

 

Ən yaxşı adaptasiya olunmuş ssenariyə görə mükafatı “Məni öz adımla çağır” filminə veriblər. 17 yaşlı homoseksual italiyalı Elio ilə amerikalı alim Oliverin dramı Andre Asimanın eyniadlı romanına əsaslanıb.

 

Dekabrda Los Ancelesdə kinotənqidçiləri də bu filmi 2017-ci ilin ən yaxşı filmi hesab etmişdilər.

 

Ssenari yazarları həmçinin “Qulluqçunun hekayəsi”ni “Ən yaxşı dramatik serial” nominasiyasında qalib seçiblər. “Vitse president” isə “Ən yaxı komediya serialı kateqoriyasında mükafatlanıb.

 

Animasiya filmləri arasında isə “Bo Cekin atları” serialında “Times Arroü” fərqləndirilib.

 

SİZİN REKLAM BURADA