EUR 2.0001 USD 1.7 RUB 0.0277

Media

Xalq artisti vəfat etdi - YENİLƏNİB

  • 1253 dəfə
  • Tarix 13 Fevral 2018 / 17:53

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək. 

 

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

 

 

***

 

13.37

 

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

 

Bu barədə APA-ya məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov verib.

 

O bildirib ki, K. Vəzirovla vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşdirilir.

 

Allah rəhmət eləsin!

SİZİN REKLAM BURADA