EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Emin Sabitoğlu haqqında kitab nəşr olunub

  • 432 dəfə
  • Tarix 15 Fevral 2018 / 23:10

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artisti, bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitabın nəşri başa çatdırılıb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda E. Sabitoğlunun həyatı və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə əsərləri, simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

 

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanacaq.\

 

SİZİN REKLAM BURADA