EUR 1.9658 USD 1.7 RUB 0.0267

Ədəbiyyat

Rus ədəbiyyatçısı Şatalov vəfat edib

  • 590 dəfə
  • Tarix 16 Fevral 2018 / 10:36

Rusiyalı tealaparıcı, ədəbiyyatşünas, naşir, tənqidçi Aleksandr Şatalov vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Aleksand Nikolayeviç Şatalov 61 yaşında xəstəlikdən dünyasını dəyişib.

 

“O, 1957-ci ildən idi, hələ yaşaya bilərdi. Şatalov indi o biri dünyaya qanad açdı. Onu dünyadan aparan dəhşətli xəstəlikləri sadalamaq istəmirəm, o, iki xəstəlikdən əziyyət çəkirdi” – deyə yazıçı Eduard Limonov öz səhifəsində yazıb.

 

Şatalov Çarlz Bukovski, Uilyam Berrouz, Edvard Fosterin romanlarını ilk dəfə çap edən  “Qlaqol” nəşriyyatının yaradıcısıdır. Bundan başqa o, “Kultura” və NTV kanallarında kitab icmalı aparırdı.

 

 

SİZİN REKLAM BURADA