EUR 1.9745 USD 1.7 RUB 0.0267

Sənət

Min ildi eyni həyatı yaşayan tərəkəmələrXIZIDAN FOTOLAR

  • 11612 dəfə
  • Tarix 17 Fevral 2018 / 13:13

 

Kulis.az jam-news.net-ə istinadən Orxan Əzimin “Azərbaycanın köçəri çobanları” fotosessiyasını təqdim edir.

 

Tərəkəmələr köçəri maldarlardır. Azərbaycandakı tərəkəmələr “etnik qrup” hesab edilir, bu kəlmə daha çox onların peşəsini deyil, həyat tərzini ifadə edir.

 

 

Tərəkəmələr Böyük Qafqaz dağ silsiləsinin şərq ətəklərində və Mərkəzi Aranda yaşayırlar. Onlar qoyun və keçi bəsləyirlər. Tərəkəmələr ildə iki dəfə köç edirlər: mayda yaylaqlara, sentyabr-oktyabr aylarında isə qışlaqlara köçürlər. Onların qışlaqları Xızı və Şamaxı rayonları ətrafında yerləşir. Fotolar da elə orada çəkilib.

 

 

Xızı. Çoban Nəcəf

 

 

Tərəkəmələrin iki evi olur – qış və yay evi. Bunlar ən çoxu üç otaqdan ibarət olan kiçik kərpic evlərdir – evin sahəsi ailənin tərkibindən asılıdır.

 

 

 

 

Tərəkəmələrin həyatı, özlərinin dediyinə görə, çətin və maraqlıdır. Onlar bu peşəni əcdadlarından miras qalan sərvət hesab edirlər. Və deyirlər ki, bu iş məharət tələb edir.

 

 

Şamaxı. Ərəstun Rəcəbov

 

Rəcəbovlar ailəsinin başçısı Ərəstun Rəcəbov 30 ildən çoxdur ki, tərəkəmə həyatı yaşayır. Ərəstun deyir ki, uşaqlarından birinin onun işini davam etdirməsini çox istəyir.

 

İki uşaqlı ailənin gündəlik qayğıları sadəcə mal-qaranın otarılmasından ibarət deyil. Uşaqları qışlaq yerindən 10-15 kilometr məsafədə yerləşən məktəbə aparmaq lazımdır. Ayda bir dəfə tərəkəmələr “rayona düşürlər”, özlərinin dediyi kimi, ərzaq – makaron, un, kibrit almaq üçün ən yaxın şəhərə gedirlər.

 

 

Xızı. Nəcəfin uşaqları

 

 

Xızı. Nəcəfin ailəsi

 

 

 

Xızı. Heyvanların qayıdışı

 

 

Tərəkəmələr kəndlər şəklində yox, kiçik qruplar halında yaşayır. Məsələn, Xızıda 6-7 ailə var, Şamaxıda isə cəmi bir ailə tapa bildik. Köçərilər üçün “toplaşmaq” istəyinin olmaması təbiidir – axı hər bir sürünün mümkün qədər böyük otlaq yerinə ehtiyacı var.

 

 

 

Xızı. Ələddin, Nəcəfin qardaşı

 

 

 

Xızı. Nəcəfin oğlu

 

Çobanlar hamıdan tez oyanır, qoyun sürülərini otlaqlara aparırlar. Kişilər mal-qaranı otardığı müddətdə qadınlar ev işləri ilə məşğul olur. Sağdıqları süddən yağ, pendir və başqa ağartı məhsulları hazırlayırlar, toyuq-cücəni yemləyir, azı iki gündə bir dəfə çörək bişirirlər. Onlar bunu dədə-baba qaydası ilə edirlər: xəmir yoğurur, yuxa yayır və isti sac üstündə bişirirlər.

 

 

Şamaxı. Ərəstunun həyat yoldaşı

 

 

 

 

 

 

SİZİN REKLAM BURADA