EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

İrfan Çiftçiyə “Bəxtiyar Vahabzadə” mükafatı təqdim edilib

  • 466 dəfə
  • Tarix 16 Fevral 2018 / 16:12

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bəxtiyar Vahabzadə” Beynəlxalq mükafatına layiq görülüb.

 

İrfan Çiftçiyə bu mükafatı “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” layihəsi çərçivəsində keçirilən tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib.

 

Anar onun iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafında göstərdiyi səyləri xüsusi vurğulayaraq bildirib ki, müşavir vəzifəyə təyin edildiyi bir il müddətində İ.Çiftçinin keçirdiyi müxtəlif layihələr, tədbirlər qardaş ölkələr arasında ədəbi əlaqələri daha da möhkəmləndirib.

 

Bu zaman müddətində azərbaycanlı yazarların Türkiyədə, türkiyəli yazarların isə Azərbaycanda kitabları nəşr olunub, görüşlər təşkil edilib, poeziya və nəsr nümunələrindən ibarət antologiyalar hazırlanıb.

 

Bu mükafatın onun həyatında əhəmiyyətli yeri olduğunu deyən İ.Çiftçi ona göstərilən bu diqqətə görə hər kəsə öz təşəkkürünü bildirib. O, iki qardaş ölkənin mənəvi sərvətlərinin tanıdılması yönündə bundan sonra da əzmlə çalışacağını deyib.

 

SİZİN REKLAM BURADA