EUR 1.9658 USD 1.7 RUB 0.0267

Kinoteatr

Rejissor Elçin Axundovun 70 illiyi qeyd edilib

  • 729 dəfə
  • Tarix 19 Fevral 2018 / 16:29

 

“Azərbaycanfilm” kinostudiyasında animasiya rejissoru və ssenari müəllifi Elçin Axundovun anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, Elçin Axundov Azərbaycan animasiyasının formalaşmasında və inkişafında xüsusi yeri olan, yaratdığı cizgi filmlərində öz dəsti-xətti ilə tanınan rejissordur. Bu gün onun öz təcrübə və bacarığını ötürdüyü tələbələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.

 

 

Tədbirdə çıxış edənlər qeyd edib ki, sənətkarın Azərbaycanın animasiya sahəsində göstərdiyi xidmətləri layiqincə qiymətləndirilib və 2000-ci ildə “ Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 

1968-ci ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunu kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Elçin Axundov quruluşçu rəssam kimi çalışdığı “Cırtdan və Div”, “Uçan zürafə”, “Humayın yuxusu”, “Lovğa fil balası” kimi cizgi filmlərində özünü ssenarinin xarakterik ideyasını həmişə duyan, təkrardan , şablondan qaçan bir rəssam kimi göstərib.

 

1993-cü ildən “Azanfilm” studiyasında direktor, sonralar həm də bədii rəhbər kimi çalışmaqla yanaşı rejissor, rəssam, ssenari müəllifi kimi yeni animasiya filmlərinin yaranmasında iştirak edib. “Ümid”, “Söhbətül- Əsmar”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” kimi animasiya filmləri buna bariz nümunədir./azertag.az/

 

 

SİZİN REKLAM BURADA