EUR 1.9658 USD 1.7 RUB 0.0267

Sənət

“Oskar”ın qalibləri bəlli olub - SİYAHI

  • 2591 dəfə
  • Tarix 05 Mart 2018 / 09:59

Los Ancelesdə 90-cı “Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə ilin “Ən yaxşı film”i “Suyun forması” olub.

 

Onun rejissoru Gilyermo del Toro isə “Ən yaxşı rejissor” nominasiyasında birinci olub.

 

“Qaranlıq zamanlar” filmində Uinston Çörçilli canlandıran Qari Oldmen “Ən yaxşı aktyor”, “Missuridə, Ebbinqin sərhədindəki üç bilboard”a çəkilən Frensis Makdormand isə “Ən yaxşı aktrisa” seçilib.

 

Sebastian Lelilonin “Fantastik qadın” filmi “Ən yaxşı xarici film” kateqoriyasında birinci olub. Bu mükafat uğrunda rus rejissor Andrey Zvyagensevin “ Sevgisizlik” filmi də yarışırdı.

 

“Ən yaxşı tammetrajlı animasiya filmi” nominasiyasında qalib “Kokonun sirri” olub.

 

Ceyms Ayvori isə “Məni öz adamlı çağır” filminə görə (Andre Asimanın eyni adlı romanı əsasında) “Ən yaxı adaptasiya olunmuş ssenari” nominasiyasında qalib seçilib.

 

Cordan Pil isə “Ən yaxşı orijinal ssenari”yə görə Oskar heykəlciyini əldə edib.

 

“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “İkar” filmi qalib gəlib.

 

“Ən yaxşı qısametrajlı animasiya filmi” isə “Əziz basketbol” olub.

 

“Ən yaxşı ikinci plan aktyoru” kateqoriyasında qalib “Missuridə, Ebbinqin sərhədindəki üç bilboard” filmindəki roluna görə Sem Rokuell olub.

 

Ellison Cenni isə “Tonya hamıya qarşı” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası” seçilib.

 

 

 

SİZİN REKLAM BURADA