EUR USD RUB

Media

Kameron Diaz daha kinoya çəkilməyəcək

  • 454 dəfə
  • Tarix 13 Mart 2018 / 10:08

 

Populyar Hollivud aktrisası Kameron Diaz kinematoqrafda karyerasını bitirmək fikrindədir.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə bu barədə aktrisanın rəfiqəsi və həmkarı Selma Bler danışıb.

 

Blerin sözlərinə görə Diaz ona etiraf edib ki, bundan sonra kinoya çəkilmək istəmir və vaxtının çoxunu həyat yoldaşı Benci Meddonla bir yerdə keçirmək fikrindədir.

 

Xatırladaq ki, bir müddət əvvəl Diazın hamilə olması xəbəri yayılmışdı. Aktrisaya yaxın mənbələr deyiblər ki, onun ən böyük arzusu ana olmaqdır, uşaq olsa xoşbəxt olar.

 

 

SİZİN REKLAM BURADA