EUR USD RUB

Media

22 yaşında iki il ömrü qalmışdı – Stiven Hokinqdən bilmədikləriniz

  • 1290 dəfə
  • Tarix 14 Mart 2018 / 12:02

 

Kulis.az Taryel Abdullayevin “Pi günündə ölən fizik; Stiven Hokinq” yazısını təqdim edir.

 

Bu gün 14.03 - Pi günündə İngilis nəzəri fizik olan Stiven Hokinq həyatını itirdi. Ona 22 yaşında tutduğu xəstəliyə görə yalnız iki il ömrünün olduğunu dedilər ancaq 76 yaşına qədər elmi işlərin davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.

 

Stiven Hokinq kosmik elmləri, qara dəliklər və kvant fizikası ilə əlaqədar çalışmaları ilə tanınırdı. Bu gün hər kəs kimi onun itkisinin kədərini yaşayıram. O, böyük bir alim, çalışmaları və mirası ilə illərcə yaşayacaq fövqəladə bir insan idi. Fövqəladə insan idi, çünki elmi işləri ilə yanaşı, kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir, dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edir, kitablar yazır və sənədli filmlərdə yer alırdı.

Təsadüf deyil ki, hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu “Lukasian” professorluğu vəzifəsini tuturdu.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi təkamül yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır.

 

Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Eynşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi qeyd edirlər.

Stiven Hokinq yadplanetlilərin mövcud olduğunu deyirdi. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz vardır. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin idi. Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcəyini deyirdi.

 

Taryel Abdullayev

 

SİZİN REKLAM BURADA