EUR 2.0981 USD 1.7 RUB 0.0279

Media

Əbülfəs Qarayev AYB-də Anarı təbrik etdi - FOTO

  • 372 dəfə
  • Tarix 15 Mart 2018 / 10:09

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu xalq yazıçısı Anara təqdim edib.

 

APA-nın məlumatına görə, mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

 

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Əbülfəs Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

 

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

 

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

 

 

 

SİZİN REKLAM BURADA