EUR 2.0763 USD 1.7 RUB 0.0275

Media

Kanadalı professor: “Nizami Gəncəvinin əsərlərinə böyük maraq var”

  • 298 dəfə
  • Tarix 15 Mart 2018 / 10:21

 

Hazırda bir çox ali təhsil ocaqlarında Nizami Gəncəvinin əsərləri üzrə elmi araşdırmalar aparılır. Bu, getdikcə qlobal xarakter daşımağa başlayıb. Bu gün Azərbaycanla yanaşı, bir sıra digər ölkələrdə də, xüsusilə Türkiyə, İran, Avropa ölkələri və Kanadada Nizami Gəncəvinin yaradıcılığı diqqət mərkəzindədir. Kanadanın “Western University” universitetində tələbələr məruzəmdən sonra mənə yaxınlaşıb Nizami Gəncəvi barədə daha geniş məlumat almaq istədiklərini bildirdilər. Sevindirici haldır ki, Nizami Gəncəvinin əsərlərinə maraq gündən-günə artır.

 

Kulis.azın verdiyi məlumata görə bu b sözləri AZƏRTAC-a müsahibəsində VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, Kanadanın “Western University” universitetinin professoru Emadeddin Naghipour deyib.

 

Emadeddin Naghipour bildirib ki, ilk dəfədir belə genişmiqyaslı konfransda iştirak edir və o, bir çox yeni məlumatlar əldə edib. “Dahi Nizaminin yaradıcılığını anlamaq üçün təkcə kitabları oxumaq kifayət deyil, həmçinin bir çox elmi araşdırmalarla və analitik materiallarla tanış olmaq lazımdır. Burada aparılan müzakirələrdə yeni ideyalar eşitdim, onları gələcək işlərimdə mütləq tətbiq edəcəyəm”, - deyə kanadalı professor əlavə edib.

 

 

 

SİZİN REKLAM BURADA