EUR USD RUB

Media

Prezidentliyə namizəd olmuş sənət adamları – Aralarında azərbaycanlı da var

  • 4898 dəfə
  • Tarix 10 Aprel 2018 / 09:00

Kulis.az prezidentliyə namizədliyini vermiş, prezident seçilmiş sənət adamlarını təqdim edir.

 

Donald Tramp

 

Amerikanın hazırkı prezidenti. Bir neçə yumoristik filmdə rol alıb. Ən çox “Evdə tək – 2” filmi ilə aktyor kimi tanınıb.

 

Vatslav Havel

 

Çex yazıçısı, dramaturq. Çexslovakiyanın sonuncu, Çexiyanın birinci prezidenti (1989-1992).

 

Pablo Neruda

 

Məşhur Çili yazıçısı. Nobel mükafatçısı. 1970-ci ildə Çilidə ölkə prezidentliyinə namizəd.

 

Mario Varqas Lyosa

 

Məşhur Peru yazıçısı, Nobel mükafatçısı. 1990-cı ildə Peruda prezident seçkilərində namizəd olmuşdur.

 

Sabir Rüstəmxanlı

 

Yazıçı, publisist. 2003-cü ildə Azərbaycanda prezidentliyə namizəd.

 

Ksenya Sobçak

 

 Aktrisa. 2018-ci il Rusiya prezidentliyinə namizəd.

 

Ronald Reyqan

 

Amerikanın 40-cı prezidenti. O, həm də tanınmış aktyordur. 54 filmə çəkilib.

 

Romulo Qaleqos

 

Venesuela yazıçısı. 1947-ci ildə Venesuelada prezidenti olmuşdur.

 

Ramon Xose Velaskes

 

Venesuela yazıçısı. 1993-1994-cü illərdə Venesuela prezidenti.

 

Yasmina Xadra (Mohammed Mulessequl)

 

Əlcəzairli yazıçı. 2013-cü ildə prezidentliyə namizəd olub.

 

SİZİN REKLAM BURADA