EUR USD RUB

Ədəbiyyat

Məşhur yazıçı-diplomat vəfat etdi

  • 950 dəfə
  • Tarix 13 Aprel 2018 / 10:16

Meksika yazıçısı Serxio Pitol 85 yaşında Xalapa şəhərində vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Pitol həm də SSSR-də diplomat və tərcüməçi işləyib.

 

O, “Sevgi nümayişi” və “Çiçəkli oyunlar”romanlarının, esse və şeirlərin müəllifidir.  Pitol ispan ədəbiyyatından bəzi nümunələri, ingilis dilindən isə Ceyn Ostin, Henri Ceyms, Cozef Konradı rus dilinə çevirib. A.P.Çexovu isə ispancaya çevirib.

 

Pitol SSSR-dən başqa Polşa və Çexoslovakiyada ölkəsini təmsil edib. 

 

SİZİN REKLAM BURADA