EUR 2.0763 USD 1.7 RUB 0.0275

Kinoteatr

Kann Festivalında göstəriləcək filmlər bəlli oldu - SİYAHI

  • 608 dəfə
  • Tarix 13 Aprel 2018 / 11:10

71-ci Kann festivalının təşkilatçıları əsas müsabiqə proqramında yarışacaq filmləri açıqlayıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əsas müsabiqə proqramına 18 film daxil edilib.

 

Xəbər verildiyi kimi, festival İran rejissoru Əsgər Fərhadinin “Hamının xəbəri var” adlanan psixoloji trilleri ilə açılacaq. Məşhur kino ulduzları  Xavyer Bardemin və Penelopa Kruzun çəkildiyi filmdə argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşaiyət olunur.

 

 

Festivalın əsas proqramında Jan Lyuk Qodarın sayca 48-ci tammetrajlı filmi olan “Şəkilli kitab”  ekran əsəri var. Kann festivalında 8-ci dəfə iştirak edən rejissorun bu filmində xəyali ərəb ölkəsinin şahzadəsindən bəhs olunur. Neft resurları tükənmiş çarəsiz şahzadə inqilab tamaşası quraşdırmaq qərarına gəlir.

 

Əsas müsabiqə proqramında rus rejissoru Kiril Serebrennikovun “Yay” filmi də yer alıb. Film məşhur “Kino” qrupunun yaradıcısı Viktor Tsoy və “Zoopark” qrupunun lideri Mayk Naumenko haqqında çəkilib.

Kann festivalının direktoru Fremo mətbuata açıqlamasında filmini təqdim etmək üçün rejissoru festivala dəvət edəcəklərini söyləyib. Lakin bunu necə həyata keçirəcəkləri hələ də qaranlıq qalır. Belə ki, Kiril l Serebrennikov büdcə vəsaitlərini mənimsəmək işi üzrə ev həbsindədir.

 

Əsas proqramda daha bir iran rejissoru Cəfər Pənahinin ekran işi də var. Bu, “Üç sima” adlanan psixoloji filmdir. Artıq bu iki rejissorun – Kiril Serebrennikov və Cəfər Pənahi -  filminin seçilməsini siyasi seçim sayan tənqidçilər də var.

 

Əsas proqramda nümayiş olunacaq Amerika rejissoru Spayk Linin “Qara klançı” fimi ku-klus-klana düşən qara dərili polisdən bəhs edir.

 

Favoritlər arasında Stefan Brizin əsas proqramda yarışacaq “Müharibədə” filmi də var.

 

 

Devid Robert Mitçelin “Silver Leyk üzərində” filmi milyarderin müəmmalı qətlini araşdıran Sem adlı gəncdən bəhs edir.

 

Bundan başqa əsas proqramda Kristof Onorenin “Bağışla, mələk”, Ryusuke Xamaqutinin “Asako 1 və 2”, Yeva Hassonun “Günəş qızı”, Tszya Çjankenin “Kül rəngi ən təmiz ağdır”, Xirokadze Koredanın dükan ouları”, Mateo Harronenin “İt damı” Pavel Pavlikovskinin “Soyuq müharibə”, Alisa Rirvaxerin “Xoşbəxt Lazar”, Şavkenin “Yoməddin”, Nadin Labakinin “Kopernaum” filmləri var.

 

Müəllif kinosundan başqa bu il Kann festivalında kütləvi kino da nümayiş olunacaq. “Solo. Ulduz müharibələri: tarixçələr” filmi bu qəbildəndir.

 

Həmçinin festivalda Vim Vendersin yeni filmi “Fransisk ata. Söz adamı” xüsusi nümayişi təşkil olunacaq.

 

 

Xatırladaq ki, bu il festivalın jüri sədrində aktrisa Keyt Blanşett təmsil olunacaq.”Xüsusi baxış” proqramında isə münsiflərə Benisio del Torro rəhbərlik edəcək.

 

“Xüsusi baxış” proqramında Əli Abbasinin “Sərhəd”, Məryəm Benbarekin “Sofiya”, Lyuka Donun “Qız”, Adilxan Essenbulatovun “Dünyanın yüngül laqeydliyi”, Ulrik Kölerin “mənim otağımda” filmləri var.

 

Xatırladaq ki, Kann festivalı may ayının 8-indən 19-dək keçirilir. Əsas mükafatı “Qızıl palma budağı”dır. 

 

SİZİN REKLAM BURADA