EUR 2.0763 USD 1.7 RUB 0.0275

Tarix

Bu tarixi hadisələr həqiqətən olub, ancaq heç kəs inanmır – 20 FAKT

  • 6760 dəfə
  • Tarix 13 Aprel 2018 / 15:30

Yəqin çoxunuz qeyri-adi, ağlasığmaz, inanılmaz, məntiqsiz faktlara rast gəlmisiniz. O faktları eşidəndə qulaqlarınıza inana bilməmisiniz və sizə həmin fakt yalançı təəssüratı yaradıb. İçinizdə “ola bilməz” demisiniz, doğru olmadığına əmin olmusunuz. 

 

Kulis.az tarixdə həqiqətən də olmuş, amma inanılması mümkün olmayan 20 faktı diqqətinizə çatdırır.

 

1. XIX əsrdə Amerika və Böyük Britaniyada xanım Uinslounun uşaqları sakitləşdirən siropu populyar idi. Bu siropun analara və dayələrə əvəzsiz kömək etdiyi söylənilirdi. Sirop istənilən xəstəliklə mübarizə aparırdı, çünki tərkibində ammonyak və morfi vardı. Əlbəttə, hansı uşağa bunu versən, sakitləşərdi.

 

 

2. 1950-ci illərdə tütün şirkətləri siqareti sağlamlığa xeyri olan məhsul kimi reklam edirdi.

 

 

3. Orta əsrlərdə 600 min adam cadugərliyin qurbanı olub. Halbuki bu cür ittihamı sübut etmək həmin illərdə çox çətin başa gəlirdi.

 

 

4. Yenə Orta əsrlərdə cinayətkarlar ordaliyaya (müqəssirə od, qızmar dəmir və s. ilə işgəncə vermək yolu ilə onun müqəssir olub olmadığını təyin etmə üsulu)  məruz qalırdılar. Bu metodu isə “İlahi məhkəmə”  adlandırırdılar. Sınaqlardan biri cinayətkarın əlini qaynar suya salmaqdır. Əgər adamın əli yanmasa bu o deməkdir ki, Tanrı onu qoruyub. Həmin şəxsi azadlığa buraxırdılar.

 

 

5. Roma imperatoru Kaliqula çox sevdiyi atı İnsitatanı Roma vətəndaşı, sonra isə senator eləmişdi.

 

 

6. 11 dəfə prezident olmuş meksikalı general Lopes de Santa-Anna kəsilmiş ayağını böyük mərasim keçirərək dəfn etmişdi.

 

 

7.  Dünyada ilk dəfə doğum nəzarət klinikasını açdığına görə Marqaret Senqer 1917-ci ildə ABŞ-da həbs edilmişdi.

 

 

8. Yeri gəlmişkən, doğum testi haqqında... XVI əsrdə Kanadada insanlar doğum nəzarəti üçün ağrıkəsici içirdilər. Bu iksirlərin biri də qunduz xayasından hazırlanmış içki idi.

 

 

9. Müstəmləkə dövründə ABŞ-da qadınlara doğum zamanı heç bir ağrıkəsici verilmirdi. Belə hesab edirdilər ki, doğum zamanı qadının yaşadığı ağrı ilk qadın Həvvaya görə verilən cəzasıdır.

 

 

10. Roma papası IX Qriqori inanırdı ki, pişiklər şeytan nəslindən törəyib. Buna görə də onları məhv etdirdi. Nəticədə siçanların sayı artdı və 100 milyon insanı məhv edən Bubon taunu ortaya çıxdı.

 

 

11. XIII əsrdə təxminən 30 min uşaq və yeniyetmə Səlib yürüşlərinə qoşuldu. Onlar inanırdılar ki, Tanrı silahsız uşaqları qoruyacaq. Uşaqlar və yeniyetmələrin çoxu yollarda öldü, sağ qalanları isə kölə kimi satıldı.

 

 

12. Qədim Misirdə fironun xidmətçiləri üst-başlarına bal sürürdülər ki, milçəklər hökmdardan uzaq dursun.

 

 

13. Nintendo şirkəti 1889-cu ildə təsis olunub. Şirkət üzərinə əllə şəkil çəkilən oyun kartları hazırlayır.

 

 

14. XIX əsrdə protez dişləri ölmüş əsgərlərin dişlərindən düzəldirdilər.

 

 

15. “Ulduz müharibəsi” filminin ilk seriyası Fransada nümayiş olunduğu dövrdə orda hələ də insanları gilyotinlə edam edirdilər. Sonuncu gilyotin edamı 1977-ci ildə həyata keçirildi.

 

 

16. Britaniyanın ilk sakinləri insan kəlləsindən fincan kimi istifadə edirdilər.

 

 

17. XIX əsrdə insanlar diri-diri basdırılmaqdan qorxardılar. 1934-cü ilə qədər bəzi şirkətlər xilasetmə avadanlıqları ilə təchiz olunmuş xüsusi təhlükəsiz tabutlar istehsal edirdilər. Məsələn, mərhuma ip bağlanırdı, ipin bir ucu da tabutun yuxarısındakı zınqırova sarılırdı ki, ayılsa zınqırovu çala bilsin.  

 

 

18. 1909-1970-ci illər arasında Avstraliya hökuməti aborigen ailələrinin uşaqlarını onlardan alıb uşaq evlərinə verirdi. Bununla həmin uşaqlar mənşəyini unutmağa məcbur edilirdi.

 

 

19. Səudiyyə Ərəbistanının yabanı flora və faunası unikal olsa da bir çox canlı növü başqa ölkələrdən gətirilir. Məsələn, Səudiyyə Ərəbistanı bütün dəvələri Avstraliyadan alır.

 

 

20. Kolumbiyalı Pedro Lopes qəddar manyak kimi Ginnesin rekordlar kitabına düşüb. O, 1983-cü ildə 110 qızın öldürülməsi ilə cinayət aləmində məşhurlaşıb. Ümumilikdə onun 300 adam öldürdüyü məlum olub. 20 yaşında həbs olunub, ruhi xəstə hesab olunaraq psixi xəstəxanaya yerləşdirilib. 1998-ci ildə yaxşı davranışına və polislə əməkdaşlığa görə sərbəst buraxılıb. Hazırda onun yaşayış yeri gizli saxlanılır.

 

 

SİZİN REKLAM BURADA