EUR 2.0763 USD 1.7 RUB 0.0275

Kinoteatr

Yeni film gəlir: "Ol"

  • 525 dəfə
  • Tarix 17 Aprel 2018 / 10:26

Rejissor, aktyor Namiq Ağayevin bir il əvvəl çəkilişlərini bitirdiyi “Ol” filminin təqdimatı keçiriləcək.  

 

Kulis.az-ın verdiyi xəbərə görə, filmin qala gecəsi 25 aprel, Gənclik Mallda yerləşən cinema plus kinoteatrında baş tutacaq.

 

Aprelin 26dan sonra isə film şəhərin kinoteatrlarında nümayiş olunacaq.

 

Run film, Turan film, Play company-nin iştirakı ilə çəkilən filmdə əsas rollarda Namiq Ağayev, Fikrət Məmmədov, Salman Tuncar, Vüsalə Ağayeva, Svetlana Həşimova çəkilib. Filmin quruluşçu operatoru Ramin Asimoğludur.

 

 Filmin süjet xətti uğursuzluğun addımbaddım izlədiyi iki qardaşın üzərində qurulub. Onlardan biri kino sahəsində öz uğursuzluqlarını davam etdirir. Bədbinliyə qapıldıqları bir zamanda Eliza Dulitla bənzəyən gözəl qızla tanış olurlar. Qadın onlar üçün böyük ümid olur.

 

Rejissor filmi janrların sərhəddində çəkdiyini, onu hansısa bir konkret janra aid etmədiyini bildirir: “Mən darıxdırıcı arthaus kinosu ilə şıt kommersiya komediyasını sintez etmişəm, darıxdırıcı və şit olmayan arthaus çəkmişəm. Mənim fikrimcə kino darıxdırıcı olmamalı, hamıya anlaşılan olmalıdır. Çünki kino kütləvi sənətdir. Amma bununla belə “Ol” müəllif kinosudur”.

SİZİN REKLAM BURADA