EUR USD RUB

Ədəbiyyat

Orxan Pamuk haqda 6 kitab çıxdı

  • 541 dəfə
  • Tarix 19 Aprel 2018 / 10:26

Bu yaxınlarda dünyanın müxtəlif ölkələrində Nobelli türk yazar Orxan Pamuk haqqında 6 kitab çap olunub.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, kitabların üçü ingiliscə, ikisi fransızca, biri italyancadır.

 

Kitabların siyahısnı təqdim edirik:

 

“Orxan Pamukun əsərlərini məktəblərdə öyrənməyin yolları” (ABŞ. Ədəbiyyat və dil professorları dərnəyi)

 

“Orxan Pamuk: dünya səviyyəli romançı haqqında tənqidi qeydlər” (ABŞ. Akademik nəşrləri ilə tanınan “İbidem” nəşriyyatı)

 

“Orxan Pamuk və dünya ədəbiyyatının əhəmiyyəti” (ABŞ. Kolumbiya Universiteti)

 

“Orxan Pamuk və dünya ədəbiyyatı” (Fransa. “Pefra” nəşriyyatı)

 

“Orxan Pamuk kitabı” (Fransa. Sorbonna Universiteti)

 

“Milanda bir röya” (İtaliya. “Johan & Levi Editore” nəşriyyatı)

 

Kitablarda elm adamları, dünyaca məşhur yazıçılar və tənqidçilər Orxan Pamuk yaradıcılığının oxunması və qavranılması üçün öz fikir və mülahizələrini bölüşürlər.

 

SİZİN REKLAM BURADA