EUR USD RUB

Media

"Sərhədsiz teatr" festivalı davam edir - FOTOLAR

  • 626 dəfə
  • Tarix 14 May 2018 / 16:55

Mayın 12-də Şəki şəhərində başlayan  "Sərhədsiz teatr” 3-cü Şəki Beynəlxalq Teatr Festivalı davam edir.

 

Kulis.az-ın verdiyi xəbərə görə, açılış günü Şəki Dövlət Dram teatrında İranın "Titovak” Teatrının V.Şekspirin "Maqbet-Zar” tamaşası təqdim olunub.

 

Beynəlxalq proqramda sözügedən tamaşadan başqa  , İranın Muğan –Hünər teatrının M.Məhbədinin "Canavar”, Gürcüstandan "Muvement” teatrının , V. Şekspirin "Fırtına, Rusiyadan "Yaradıcı Qrup”, Kazan Mədəni Təşəbbüslər fondunun "Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademiya Teatrının uşaqlar üçün "Möcüzələr Ölkəsində”, Kolumbiyadan Acto Teatrının Q.Q Markesin "Məsum Erendira” tamaşaları yer alıb. Son iki tamaşa paytaxtda təqdim olunacaq.

 

Milli proqram çərçivəsində Azərbaycanın 20-dək teatr kollektivi mayın 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək.

 

Beynəlxalq festival "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə keçirilən festival ümummilli lider Heydər Əliyevin 95, müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

SİZİN REKLAM BURADA