EUR USD RUB

Kinoteatr

ƏSA Teatrının layihəsi amerikalı investorlara təqdim olunub

  • 604 dəfə
  • Tarix 15 May 2018 / 10:11

Azərbaycanın ilk inkluziv teatrı olan ƏSA Teatrının ABŞ səfəri uğurla yekunlaşıb.

 

ƏSA-nın baş meneceri Nicat Qulamın Kulis.aza verdiyi məlumata görə, teatr ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunan beynəlxalq layihədə iştirak edib.

 

Layihə müddətində teatrın rəhbəri Nihad Qulamzadə Vaşinqtonda və digər şəhərlərdə Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşüb.

 

Həmçinin ƏSA Teatrının “İnkluziv Yaradıcılıq Mərkəzi” adlı yeni layihəsi "One million cups" biznes təşkilatının keçirdiyi tədbir çərçivəsində amerikalı investorlara təqdim edilib.

 

Teatrın ölkəmizdəki fəaliyyəti və “İnkluziv Yaradıcılı Mərkəzi” layihəsi yerli investorlar tərəfindən olduqca maraqla qarşılanıb və bir çoxu teatrla əməkdaşlıq əzmində olduğunu bildirib. 

Qeyd edək ki. ABŞ-da təqdim olunan “İnkluziv Yaradıcılıq Mərkəzi” əlilliyi olan şəxslərin peşə qabiliyyətinin artırılması və müstəqil şəkildə qazanc əldə etmələri ilə bağlı olan biznes layihədir.

 

 

SİZİN REKLAM BURADA