EUR 1.9978 USD 1.7 RUB 0.0273

Media

Elçinin “Baş” romanı Misirdə nəşr olundu

  • 261 dəfə
  • Tarix 16 May 2018 / 10:34

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gələn növbəti nəşr – görkəmli Azərbaycan yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.

 

Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.

 

SİZİN REKLAM BURADA