EUR 1.9978 USD 1.7 RUB 0.0273

Media

Tanınmış Misir yazıçısı Tərcümə Mərkəzində

  • 277 dəfə
  • Tarix 17 May 2018 / 10:55

Tanınmış  Misir yazıçısı, Misir Milli Tərcümə Mərkəzinin rəsmisi cənab Yaqub Əl-Şəruni Tərcümə Mərkəzinin qonağı olub. Görüş zamanı Azərbaycan Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin birgə əməkdaşlığı əsasında ərsəyə gətirilən beynəlxalq layihələrdən söz açılıb.

 

Yaqub Əl-Şəruni: «Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşlığı son illər Azərbaycan ədəbiyyatının ərəb dünyasına yaxından tanıdılmasına geniş imkanlar yaradıb. Ötən il Misirdə işıq üzü görmüş «Azərbaycan hekayələri antologiyası» Misirin mərkəzi kitabxanalarına, kitab evləri və universitetlərə yerləşdirilməklə bərabər, digər ərəb ölkələrinə də yayımlanıb, beynəlxalq kitab sərgilərində təqdim edilib və böyük marağa səbəb olub».

 

Daha sonra yazıçı ədəbiyyatın və ədəbi mübadilələrin ölkələr və xalqlar arasında qarşılıqlı  anlaşma yaratmaqla yanaşı, dünyanın bir çox problemlərinin həllinə də təsir göstərdiyini bildirib: «Ədəbiyyatın «yumşaq qüvvə» deyilən xüsusi təsir imkanları var. Bu, iqtisadiyyatın, siyasətin cəmiyyətə təsir imkanlarından daha üstün, fövqəl bir gücdür – insan qəlbinə nüfuz etmək gücü». 

 

SİZİN REKLAM BURADA