EUR USD RUB

Tarix

Xüsusi amansızlıqla öldürülən məşhur yazıçılar

  • 1501 dəfə
  • Tarix 20 May 2018 / 16:30

Bir çox yazıçılar məşhurluğa çatmamış, bəziləri də məşhurluq şərbətinin ilk qurtumlarında ölümə yaxalanırlar. Yəni, öldürülürlər. Bəzi hallarda isə onların hansı şəraitdə və kimlər tərəfindən öldürülməsi uzun illər açılmır.

 

Kulis.az bu dəfə sizə ölümü ən çox araşdırılan beş yazıçı haqqında məlumat verəcək. Ölüm səbəblərinə işıq tutacaq.

 

Amerikalı yazıçı və jurnalist Susan Berman bir çox sənədli filmlərə ssenari yazıb. Üç səs-küylü romanın müəllifi kimi hələ Amerika və Avropa ölkələrində şöhrət qazanmışdı. “Las-Veqaslı xanım” romanına isə hələ 1994-cü ildə Hollivudda film çəkilmişdi.

 

D.A. reopening inquiry into death of 'The Jinx's' Susan Berman, report says

 

O, 2000-ci ildə sevgilisi, milyarder Robert Drust tərəfindən qətlə yetirilib. Qatilin Bermanın öz sevgilisi olduğu 14 il sonra məlum olub.

 

Polisin apardığı istintaqın yekunundan sonra məlum olub ki, Susan Bermana yaxın məsafədən başına atəş açan şəxs elə öz həyat yoldaşını da vaxtilə eyni cür qətlə yetirən milyarder Drustdur.

 

Drustun cinayəti sübuta yetiriləndən sonra ona ölüm hökmü kəsilib.

 

Amerikalı şair Maksvel Bodenheym ötən əsrin əvvəllərində müharibə mövzusunda yazdığı şeirlə tezliklə özünə yüz minlərlə oxucu qazanmışdı. Üç dəfə ailə qurmuş Bodenheym bütün pullarını caz klublarına, içki məclislərinə xərcləyib. Tufeyli həyat sürüb.

 

 

Günlərin bir günü Bodenheym dostu Rutha kommunist olduğunu deyir. Ruth isə bu cavabdan sonra onu Nyu-Yorun arxa məhəllələrinin birində kirayələdiyi evinə aparır. Bir az yeyib içdikdən sonra dostu “ölüm şairi”nə üç bıçaq zərbəsi vurur. Ruth Blind məhkəmədə öz şair dostunu öldürməkdən peşman olmadığını deyir:

 

“Siz mənim döşümə medal taxmalısınız, mən bir kommunisti öldürmüşəm”.

 

Bu hadisə 1954-cü ildə baş verir. Qatil Ruth Blind illər sonra Maksvel Bodenheymin ölüm ayağında iki misra pıçıldadığını deyir:

 

Ölüm öpüşləri yağır göydən,

Tökülür atlaz çantama tək-tək.

 

Hollivudun məşhur ssenaristi, onlarla uşaq hekayələrinin müəllifi Fransis Vinter Boggs da öz əcəli ilə ölməyən yazıçıların siyahısındadır. Onu 27 oktyabr 1911-ci ildə öldürüblər. Daha doğrusu, cangüdəni Frank Minnimatsu ilə küçədə gedərkən cangüdəninin arxadan açdığı atəş nəticəsində qətlə yetirilib. Boggsun qətlə yetirildiyi yer Hollivudun montaj studiyasının qarşısı olub. Yazıçının sifariş əsasında qətlə yetirildiyi iddia olunur.

 

Image result for Fransis Vinter Boggs

 

Koreya əsilli amerikalı yazıçı Theresa Hak Kyung Cha qətlə yetiriləndə 31 yaşı vardı. Onun “Dictee” adlı romanına görə qətlə yetirildiyi bildirilir. Kyung Cha özünü rejissor və prodüser kimi də sınayıb. Əsərlərini üç dildə - koreya, ingilis və fransız dillərində yazırmış. Avanqard üslubda yazılarına görə, eləcə də ABŞ-ın Cənub-şərqi Asiyadakı siyasətinin, Vyetnam müharibəsinin kəskin tənqidçisi kimi tanınıb. O, 1982-ci ildə qısametrajlı film çəkilişləri zamanı naməlum şəxslər tərəfindən elə film setində güllələnib.

 

Image result for Theresa Hak Kyung Cha

 

Amerikalı yazıçı Stiv Perri 2010-cu ildə qaldığı otelin xidmətçisi tərəfindən boğularaq öldürülüb. Onun öldürülməsinin səbəbləri indiyə kimi məlum deyil. Stiv Perri onlarla komediya romanının müəllifi kimi tanınırdı.

 

SİZİN REKLAM BURADA