EUR 1.9978 USD 1.7 RUB 0.0273

Media

Mirzə Cəlilin ev muzeyi yenilənir

  • 458 dəfə
  • Tarix 17 May 2018 / 13:20

Görkəmli yazıçı-dramaturq, Şərqdə ilk satirik jurnal-“Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının  yaradılması ilə əlaqədar  təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

 

Kulis.az xəbər verir ki, iş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılır.  Muzeyin kollektivi ilə görüşən idarənin rəisi Vuqar Zeynalov bildirib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək  açılacaq.

 

SİZİN REKLAM BURADA