EUR USD RUB

Sənət

Avropada bu pozğun qadınları paltaryuyan maşın xilas etdi

  • 3900 dəfə
  • Tarix 19 May 2018 / 09:00

Kulis.az “Əsl kino” layihəsində Çjan İmounun “Evə qayıdış” (2014) və Stiven Frirzin “Filomena” (2013) filmlərini təqdim edir.

 

Çinli rejissor Çjan İmounun “Evə qayıdış” filmi 67-ci Kann kinofestivalında müsabiqədənkənar proqramda nümayiş olnub.

 

Süjet: Filmdə hadisələr mədəni inqilab zamanı baş verir. Əsas qəhrəmanlardan biri Lu (Daomin Çen) sağ siyasi baxışları olduğuna görə həbs olunur. Bir müddət sonra isə həbsdən qaçır.

 

 

Onun qızı Dandan (Çjan Hueyvan) balerinadır. O, balet tamaşasında baş rolu oynamaq istəyir. Amma hakimiyyət nümayındələri Dandanın qarşısında şərt qoyurlar: atası onlara yerini bəlli etdiyi təqdirdə, onun haqqında məlumat verməlidir. Əks təqdirdə o, partiayaya xəyanət etmiş sayılacaq və baş roldan məhrum olacaq. Gənc qız bununla razılaşır. O, anasından (Qun Li) da xahiş edir ki, atasını ələ versin. Ana isə onun təklifini rədd edir. Kişi vağzalda arvadıyla görüş təyin edir. Bunu bilən Dandan atasını hakimiyyət orqanlarına satır, amma ona baş rolu vermirlər. Ata həbs olunur. Anası isə bu hadisə zamanı başından xəsarət alır. Və onda amneziya əmələ gəlir. Ana xəstəliyi üzündən çox şeyi unutsa da, qızının satqınlığı yaddaşından silinmir və onu evdən qovur. İllər sonra ata bəraət alaraq evinə qayıdır. Fabrikdəki yataqxanada qalan qızı buna görə vicdan əzabı çəkir. Yaddaşını itirmiş qadın isə ərini tanımır....

 

Film çinli yazıçı, ssnearist Yan Gelinin “Cinayətkar Lu Yanşi” romanı əsasında çəkilib. Onun uşaqlığı və gəncliyi mədəni inqilab dövrünə təsadüf etdiyindən əsərləri əsasən bu dövrlə bağlıdır.

 

 

Rejissor bu inqilaba daxildən, dərindən baxır, baş vermiş mədəni inqilabın fəsadlarını fiziki, psixoloji, mənəvi qatlarda yaşayan fərdlərin intim dünyasına nüfuz edir.  

 

Filmin ilk hissəsi sərt psixoloji dramdırsa, ikinci hissəsi nisbətən yumşaqdır, daha çox melodram janrına yaxındır.

 

Müəllif süjetə uyğun soyuq, hissiz, boz təsvirlərdən yararlanıb.

 

Bədii niyyət isə bu mesaja əsaslanır: Heç bir amansız rejim sevgini öldürmək gücünə malik deyil.

 

Qeyd edim ki, Çində “mədəni inqilab” 1966-cı ildən 1976- cı ilədək davam etdi. Əsas məqsəd o idi ki, köhnə ideyalar, köhnə mədəniyyət, köhnə qaydalar və köhnə adətlər ləğv edilsin.

 

***

 

İngilis rejissoru Stiven Frirzin “Filomena” filmi jurnalist Martin Siksmitin “Filomenanın itmiş uşağı” kitabının əsasında çəkilib. Böyük Britaniya, Amerika və Fransanın birgə istehsalı olan film 70-ci Venesiya festivalının “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

 

Süjet: Müvəqqəti işsiz olan jurnalist Martin Siksmit (Stiv Kuqan) kitab yazmağa hazırlaşır. Ziyafətlərin birində ona gənc bir qız yaxınlaşır. O, Martindən anasının həyatından kitab yazmağı xahiş edir. Onun anası Filomenanın (Cudi Denç) oğlu Entonini monastırda əlindən alıblar. Bu movzuya əvvəlcə vecsiz yanaşan jurnalist sonradan qadının itmiş oğlunu axtarmağa razılaşır.  

 

 

Hələ gənc ikən, söhbət 50-ci illərdən gedir, Filomena nikahdankənar hamilə qalır. O, islah olunması üçün monastıra göndərilir. Oğlu anadan olandan sonra Filomena özünü dolandırmaq üçün dörd il monastırın camaşırxanasında işləməyə məcbur olur. Rahibələr isə onun oğlunu ondan xəbərsiz varlı bir ailəyə satırlar. Filomena monastırdakı həyatından sonra ailə qurur, illərlə oğlunu axtarır, amma axtarışı nəticəsiz qalır. Monastırdan isə ona kömək edə bilməyəcəklərini deyirlər.

 

Martin isə inadkardır, o monastırdan lazımi məlumatları əldə edir, Filomenanın oğlunun izlərini Amerikada tapır...

 

Rejissor Filomenanın simasında İrlandiya katolik kilsəsinin qanunsuzluqlarından əziyyət çəkən onlarla qadının həyatını ümumiləşdirib. Əsasən iki aktyorun üzərində qurulun təsirli dramda kilsənin hakimiyyətində yararlanan dindarların riyakarlığı və onların qurbanına çevrilmiş Filomenanın mərhəməti, böyüklüyü qarşı-qarşıya qoyulur. Rejissor emosional partlayışları filmin sakit, təmkinli təsvirlərində gizləyir.

 

Qeyd edim ki, monastır tipli bu sığınacaqlar XVIII əsrin sonlarında yaradılıb. Daha çox İrlandiyada geniş yayılıb, həmçinin, Kanadada, Fransada, Böyük Britaniyada fəaliyyət göstərib.

 

 

Sığınacaqların ilkin missiyası “pozqun qadınlar”a cəmiyyətdə yerlərini tapmaqda kömək etmək idi. Sonralar sığınacaqlar cəza institutuna və məcburi əməyə çevrilir. Qadınlar ağır fiziki iş görür, gün uzunu paltar yuyur, tikişlə məşğul olurdular. Sonralar sığınacaqlar həbsxana xarakteri almağa başladı. Qadınlara nəzarət edən rahibələr amansız davranırdılar ki, onlar tövbə eləsin və oranı tərk eləməyə cəsarətləri çatmasın.

 

İrlandiyada sığınacaqların sayı cəmiyyətdə qadın haqlarının bərqərar olmasına görə yox, paltar yuyan maşınların meydana çıxmasından sonra azalmağa başladı.

 

Məsələnin maraqlı tərəfi odur ki, İrlandiyada sonuncu belə sığınacaq 1996-cı ildə qapadılıb.

 

 

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli 

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi 

Mobil telefonunu ailəsindən üstün tutan ata

 

 

SİZİN REKLAM BURADA