EUR 2.0067 USD 1.7 RUB 0.0272

Ədəbiyyat

“Elton Quliyev” kitabı çap olundu

  • 700 dəfə
  • Tarix 18 May 2018 / 14:15

Tanınmış jurnalist, saytımızın əməkdaşı Sevda Sultanovanın “Elton Quliyev” kitabı çapdan çıxıb. Kulis.azın məlumatına görə kitab “Qanun” nəşriyyatında çap edilib.

 

Kitabda məşhur vəkil Elton Quliyevin vəkili olduğu məhkəmə prosesləri, müstəntiqlik fəaliyyəti araşdırılıb, zamanın fonunda portreti yaradılıb.

 

Annotasiyada yazılır: “Kitabda Elton Quliyevin vəkillik fəaliyyəti modernist bir üslubda əks olunmuşdur. Sənədli, dokumental ədəbiyyata xas konkretlik, dəqiqlik, təmkinlilik və bədii-psixoloji mətnlərə aid emosional ovqat bir-birini tamamlayır. Müəllif təhkiyəsində cəmlənən hadisələrin dramaturgiyası qəfildən dağıdılır, paralel süjetlərə yer verilir. Şəxsiyyətin, fərdin Elton Quliyev siması və meyarı ilə daha yaxından tanış olmaq istəyənlər üçün kitab bədii-fəlsəfi, elmi-publisistik tonlarla zəngin həqiqət carçısıdır”.

 

Kitabın redaktorları Şəmşad Ağa, Mirmehdi Ağaoğlu, məsləhətçilər İlham Həsənov, Yalçın İmanovdur.

 

 

SİZİN REKLAM BURADA